Rio-de-Janeyro şəhərində imzalanmış çərçivə konvensiyası haqqında təlim iştirakçılarına məlumat verildi

Aprelin 9-də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platformasının qurulması və inkişaf etdirilməsi layihəsi çərçivəsində planlaşdırılan 8 (səkkiz) təlimin növbəti sayca dördüncü “Biomüxtəliflik” mövzusunda təlimi keçrilmişdir.

Tədbiri giriş sözü ilə açan Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platformasının qurulması və inkişaf etdirilməsi layihəsinin rəhbəri Taleh Əliyev içtirakçıları salamladıqdan sonra sözü layihənin eksperti ekoloq alim Elçin Sultanova verdi. “Biomüxtəliflik” mövzusunda təqdimatla çıxış edən ekspert ekoloji problemlərin dünya flora və faunasına təsirindən danışdı. İqlim dəyişmələri üzrə 1992-ci il mayın 9-da Rio-de-Janeyro şəhərində imzalanmış çərçivə konvensiyasında beynəlxalq və milli səviyyələrdə bu öhtəliyin yerinə yetrilməsi üçün qəbul olunmuş norma və prinsipləri haqqında təlim iştirakçılarına məlumat verdi.

Xatırladaq ki, layihənin icra planına uyğun olaraq təlimlərə 25 Qeyri-Hökumət Təşkilatının nüməyəndəsi cəlb edilib.