Bakı-İstanbul sərnişin avtobusunda yanğın olub – FOTO

Hacıqabul rayonunda Türkiyənin “Alpar” turizm şirkətinə məxsus avtobusada yanğın baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Padar Çöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Türkiyə vətəndaşı 43 yaşlı Şenel Ustabaş Feredun sərnişinlə dolu “Mercedes” markalı avtobusla Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən avtobusda yanğın olub.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və yanğın söndürülüb. Avtobus Bakıdan İstanbula gedirmiş. Hadisədən sonra avtobusda yaranan nasazlıq səbəbi ilə sərnişinlər digər avtobusla yola salınıblar.

Fakt araşdırılır.

ƏvvəlkiGürcüstan idmançılarının Dağlıq Qarabağda keçiriləcək “turnir”də iştirakı qadağan olunub – EKSKLÜZİV
NövbətiDİM-də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək