Rafael Cəbrayılovun deputatlığı ləğv edildi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Türk.az xəbər verir ki, MSK sədri Məzahir  Pənahovun sədrliyi ilə keçirilən  iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.

İclasda qeyd edilib ki, Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etməsi ilə əlaqədar Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib.