Qurban Bayramı münasibəti ilə Azərbaycanda 4 gün qeyri-iş günü olacaq

Qurban Bayramı münasibəti ilə Azərbaycanda 4 gün qeyri-iş günüdür.

Baş Nazir Əli Əsədovun “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust – bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.

Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə bildirib ki, Qurban bayramı ilə bağlı müvafiq tədbir planı hazırlanır.

Onun sözlərinə görə, bu bayram digərlərindən fərqli olacaq. Ona görə də xüsusi tədbir planı hazırlanır.