Qubanın Qrız Dəhnə kəndində torpaq sürüşməsi baş verib, 10 ailə köçürülüb

Qubanın Qrız Dəhnə kəndi ərazisində torpaq sürüşməsi qeydə alınıb. Əlli hektar ərazini əhatə edən sürüşmə zonası dağlıq ərazidə baş verib. Sürüşmə zonasının əhatəsi genişlənir və kəndə doğru yaxınlaşır.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hadisə yerinə Quba rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyev və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları baxış keçiririb. Şürüşmənin aktivliyi nəzərə alınaraq 10 ailə köçürülüb.

Ərazidə müvafiq qurumların əməkdaşları tərəfindən naryad təşkil olunub. Sürüşmənin aktivliyi nəzərə alınaraq müvafiq qərar qəbul olunacaq.