Qubada yağışlı hava yol qəzasına səbəb olub – VİDEO – FOTO

Qubada avtomobil idarəetməni itirərək yol kənarındakı tikiliyə çırpılıb.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Dağıstan sərhədi yolunun 173-cü kilometrliyində baş verib.

Belə ki, rayon sakini, 1993-cü il təvəllüdlü Əyyub Teyyub oğlu Həsənovidarə etdiyi “Mercedes” markalı 99-XA-405 dövlət nömrə nişanlı minik avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və maşın yolun kənarındakı tikiliyə çırpılıb.

İlkin ehtimala görə, hadisə havanın yağışlı olması səbəbindən baş verib.

Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.