Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı davam edir

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı ikinci günündə işini davam etdirir.

“Report”un xəbərinə görə, Bakı konfransı “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunub.

Qeyd edək ki, tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak edirlər. Nümayəndə heyətinin tərkibində 15 ölkənin parlament sədri də yer alıb.

Konfrans bu gün işini başa çatdıracaq.