Qobu qəsəbəsində ana və 8 aylıq körpəsinin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

İyunun 20-si saat 19 radələrində Abşeron rayonunun Qobu qəsəbəsində 2003-cü il təvəllüdlü Leyla Hüseynli və 8 aylıq körpəsinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, aparılmış araşdırmalarla 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlunun həyat yoldaşı Leyla Hüseynli və övladına kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürdükdən sonra özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.