QMİ sədri İsveç və Danimarkada Quranın yandırılmasını pisləyib

Dünyanın müxtəlif nöqtələrində dini məkan və rəmzlərin təhqir olunması hallarının, o cümlədən Ramazan ayında İsveçdə, Danimarkada “Qurani-Kərim”in yandırılmasına cəhd hallarını, habelə Qüdsdə baş verən qarşıdurmaları qətiyyətlə pisləyirəm.

Trend xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə öz iqamətgahında müqəddəs Ramazan ayı münasibətilə verdiyi iftar süfrəsində deyib.

A.Paşazadə dini heysiyyətdən siyasi məqsədlər üçün sui-istifadə edilməsinin yolverilməzliyini və bütün dinlərin liderləri tərəfindən birmənalı şəkildə qınanılmalı olduğunu bildirib.

Qeyd edək ki, aprelin 24-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə öz iqamətgahında müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açıb. İftar mərasimində Azərbaycanda olan dini konfessiya rəhbərləri iştirak ediblər.