Qırğızıstanla Qazaxıstan arasındakı müttəfiqlik əlaqələri müzakirə olunub

Qırğızıstanın xarici işlər naziri Cinbek Kulubayevlə Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu arasında Astanada görüş keçirilib.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər siyasi dialoqun möhkəmlənməsi və çoxşaxəli qarşılıqlı fəaliyyətin genişlənməsi ilə səciyyələnən ikitərəfli əməkdaşlığın yüksək dinamikasını diqqətə çatdırıblar.

Nurtleu vurğulayıb ki, dövlət başçılarının siyasi iradəsi sayəsində Qazaxıstan və Qırğızıstan arasındakı münasibətlər qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni səviyyəsinə yüksəlib.

“Qazaxıstan qarşılıqlı hörmət, etimad və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qardaş Qırğızıstanla müttəfiqlik əlaqələrinin hərtərəfli dərinləşdirilməsinə qətiyyətlə sadiqdir”, – Nurtleu bildirib.

ƏvvəlkiAzərbaycan boksçusu Almaniyada gümüş medal qazanıb
Növbətiİran və Pakistan XİN rəhbərləri regional məsələləri müzakirə edib