Qırğızıstanda COVID-19-a yoluxanların sayı 42 minə çatıb

Son sutka ərzində Qırğızıstanda COVID-19 koronavirusuna 135 nəfər yoluxub və yoluxanların ümumi sayı 41 min 991 nəfərə çatıb.

AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son gündə virusdan 1 xəstə ölüb və bu xəstəlikdən vəfat edənlərin sayı 1496 nəfərə çatıb.

Bildirilib ki, son gündə virusa 5, ümumiyyətlə isə 3 min 35 tibb işçisi yoluxub.

Məlumatda, həmçinin qeyd edilir ki, son gündə Moskvadan Bişkekə 406, Yekaterinburqdan isə 158 Qırğızıstan vətəndaşı gətirilib.