Qırğızıstan vətəndaşları İrandan təxliyə olunublar

Qırğızıstan vətəndaşları İrandan təxliyə olunublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təxliyə olunan şəxslər Qırğızıstanın İrandakı səfirliyinin əməkdaşlarıdır. Onlar Astara sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycan ərazisinə daxil olublar.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.

ƏvvəlkiTramp: İranın nüvə silahı varsa, heç bir sülh ola bilməz
NövbətiKahramanmaraşda “Dəmir Yumruq” abidəsinin ucaldılması planlaşdırılır