Qırğızıstan Prezidentinin səlahiyyətlərini icra edən Sadır Japarov səlahiyyətlərinə xitam verib

Qırğızıstan Prezidentinin səlahiyyətlərini icra edən Sadır Japarov səlahiyyətlərinə xitam verib.

AZƏRTAC Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, o, ölkənin Baş naziri kimi də fəaliyyətini dayandırıb.

Sadır Japarovun bu addımı gələn il yanvarın 10-da Qırğızıstanda keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək istəyi ilə bağlıdır. O artıq sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Qanunvericiliyə görə Prezidentin səlahiyyətləri Qırğızıstan parlamenti-Joqorku Keneşin sədri Talqat Mamıtova, Baş nazir səlahiyyətləri isə Baş nazirin birinci müavini Artyom Novikova keçib.