QHT sədrləri Edili kəndinə səfər ediblər

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə bir qrup QHT sədri bir zamanlar işğal altında olmuş Xocavəndin Edilli kəndinə səfər edib.

Trend xəbər verir ki, Edilli kəndində keçmiş azərbaycanlı əsirlərin kütləvi məzarlığı müəyyən edilib. Edilli azərbaycanlı əsirlər üçün işgəncə düşərgəsi kimi istifadə edilib və mülki şəxslər erməni qüvvələri tərəfindən əsir götürülüb. Birinci Qarabağ müharibəsindən indiyədək 4000 azərbaycanlı itkin düşüb.

Vətəndaş Cəmiyyətinin üzvləri törədilən bu cinayət əməllərinin və vəhşiliyin izləri ilə tanış olublar.