QHT-lər üçün ictimai dinləmə keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev QHT-lər üçün ictimai dinləmə keçirəcək.

Bu barədə “Report”a Şuranın İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud məlumat verib.

E.Behbudun sözlərinə görə, noyabrın 28-də Azay Quliyev rəhbərlik etdiyi qurumun göstərdiyi xidmətlərinin keyfiyyətinin və QHT-lərin hesabatlılıq vəziyyətinin müzakirəsinə həsr olunan ictimai dinləmə keçirəcək.

Əvvəlkiİlham Əliyev Minskdə “Qələbə” meydanını ziyarət edib
NövbətiAzərbaycanda “start-up”lar vergidən azad edilir