QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant müsabiqələrini elan edib

Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi BP ilə əməkdaşlıq çərçivəsində birgə qrant müsabiqələrini elan edir.

Məlumata görə, müsabiqələr üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2025-ci il sentyabrın 22-də başlanacaq. Müraciət üçün son tarix 2025-ci il 22 oktyabrdır.

Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri 2026-cı ilin I rübü ərzində elan olunacaq.

Müsabiqələr aşağıdakı mövzuları ehtiva edir:

–    Biomüxtəlifliyin qorunması və bərpası;

–    İcmaların məişətdə istifadə, yaxud suvarma üçün suya olan ehtiyaclarının qarşılanmasına yardım etmək;

–    13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə bağlı təşəbbüslər;

–    ⁠İqlim dəyişmələrinə qarşı mübarizəyə ictimai dəstək.

Əvvəlki8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılışı olub
NövbətiPutin Rusiya-Azərbaycan münasibətlərində problemlərin olduğunu etiraf edib