Qazaxıstandan Azərbaycana taxıl gətirib, emal edərək un istehsal etməyi planlaşdırırıq.
Bu barədə AZƏRTAC -ın müxbirinə müsahibəsində “Altay Aqrotreydinq” şirkətinin təsisçisi Nəriman Saqadiyev deyib.
“Biz taxıl istehsal edirik, həmçinin kənd təsərrüfatı məhsulları ticarəti ilə məşğuluq. Azərbaycanla ticarət münasibətləri qurulacaq. Hazırda şirkətimiz Bakı taxıl terminalını icarəyə götürür və biz Qazaxıstandan Azərbaycana buğda gətirəcəyik”, – deyə o, vurğulayıb.