Qazaxıstanın Türküstan vilayətində neft aşkarlanıb

    Qazaxıstanın Türküstan vilayətində boksit filizlərinə dair kəşfiyyat fəaliyyəti zamanı neft yatağı aşkarlanıb.

    “Report” yerli KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan Ekologiya, Geologiya, Təbii Sərvətlər Nazirliyinin saytındakı məlumata görə, Böyük Karatau dağlarındakı çökəklikdə metal filizləri aşkarlamaq üçün qazılan 39 ədəd 300 metlik kəşfiyyat quyusunun 11-də az dərinlikdə qəhvəyi rəngli neftin əlamətləri tapılıb.