Qazaxıstanda zəlzələ olub

Qazaxıstanın Çinlə sərhəd bölgəsində 4.8 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, Qazaxıstanın Seysmik Stansiyalar Şəbəkəsinin verdiyi məlumata görə, yeraltı təkanların episentri Jarkent şəhərindən 70 km şimal-şərqdə, Çin və Qazaxıstanın sərhəd bölgəsində yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.