Qazaxıstanda edam cəzası ləğv edilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev edam cəzasının ləğvi ilə bağlı müvafiq hüquqi sənədlərə düzəlişlərə dair qanuna imza atıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bundan belə müstəsna cəza tədbiri olaraq edam cəzası ölkə qanunlarından tamamilə xaric edilir.

Bu ilin 2 yanvar tarixində Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktının edam cəzasını ləğv edən ikinci fakultativ protokoluna qoşulan Qazaxıstan müharibə vaxtı ağır hərbi cinayətlərə görə həmin cəzanın tətbiqi ilə bağlı qeyd-şərt qoymuşdu. Noyabrın 16-da Milli İctimai Etimad Şurasının 6-cı iclasında nitq söyləyən prezident ölkədə insan hüquqlarının mühafizəsi ilə bağlı həyata keçirilən islahatlardan danışaraq deyib: “Ölüm cəzası heç bir halda və heç kimə şamil olunmaması üçün birdəfəlik ləğv olunmalıdır”.