Qazaxıstan Prezidenti silahlılara xəbərdarlıq edilmədən atəş açılmasına dair əmr verib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qanunsuz silahlı dəstə üzvlərinə xəbərdarlıq edilmədən atəş açmaq əmri verib.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, Kasım-Jomart Tokayev yanvarın 7-də ölkə əhalisinə yenidən müraciət edib.

O, müraciətində qanunsuz silahlılara xəbərdarlıq edilmədən atəş açılması haqqında əmr verdiyini də vurğulayıb.

Dövlət başçısı həmçinin müraciətində ölkə üzrə elan etdiyi fövqəladə vəziyyət rejimini mərhələ-mərhələ aradan qaldıracağına da boyun olub.