Qarşıdakı iki gündə Şuşa, Kəlbəcər və Laçında gözlənilən hava şəraiti açıqlanıb

Yanvarın 8-i və 9-u Şuşa, Kəlbəcər və Laçında gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, qeyd olunan rayonlarda yanvarın 8-də arabir qar yağacağı və duman olacağı gözlənilir.

Bildirilib ki, zəif şərq küləyi əsəcək və havanın temperaturu gecə 5-8° şaxta, gündüz 2-4° şaxta olacaq.

Yanvarın 9-da isə Şuşa, Kəlbəcər və Laçında arabir qar yağacağı və duman olacağı gözlənilir.

Qeyd edilib ki, zəif şərq küləyi əsəcək və havanın temperaturu gecə 6-10° şaxta, gündüz 3-5° şaxta olacaq.