Qarşı yola çıxan “Porsche” keçiddə piyadanı belə vurdu

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avrosfer.az xəbər verir ki, hadisə paytaxtın Həsən Əliyev küçəsində olub.

90 UD 900 dövlət nömrə nişanlı, “Porsche” markalı avtomobil ilə əks istiqamətə çıxaraq yüksək sürətlə hərəkət edən sürücü piyada keçidindən keçən gənci vurub. Hadisə nəticəsində piyada yerindəcə keçinib.

Qeyd edək ki, qəza hadisəsi bir müddət əvvəl baş verib.

Videonu təqdim edirik: