“Qarabağ” Çempionlar Liqasında ikinci qələbəsini qazanıb

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyunu başa çatıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 28-ci dəqiqədə Abdullah Zubir və 83-cü dəqiqədə Emmanuel Addai vurublar.

Görüşü niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edib.

Hazırda aktivində 6 xal olan Azərbaycan çempionu dördüncü pillədə qərarlaşıb.

Komanda I turda Portuqaliyada “Benfika”nı məğlub edib – 3:2.

Qurban Qurbanovun kollektivi növbəti görüşünü oktyabrın 22-də İspaniyada “Atletik”ə (Bilbao) qarşı keçirəcək.

ƏvvəlkiAktauda Türk Dünyası Film Festivalı açılıb
NövbətiPrezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib