Qəzza zolağında partlayış olub, çoxlu yaralanan var

Qəzza zolağının şimalındakı Beit Hanun yaşayış məntəqəsində bu gün səhər baş verən partlayış nəticəsində azı 30 nəfər yaralanıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin Daxili İşlər Nazirliyi açıqlayıb.

İsrail mənbələrinə görə partlayış “Həmas” hərəkatı tərəfindən silah anbarına çevrilmiş bir evdə baş verib. İsrail Müdafiə Qüvvələrinin (İDF) sözçüsü Aviçay Adre tvitterdə həmin evin Qəzza zolağında bir çox evlərlə eyni aqibətə düçar olduğunu vurğulayıb:

“Onlar terrorçu təşkilatlar üçün silah, hərbi sursat və raket anbarları toplayır, son nəticədə da olan günahsız mülki əhaliyə olur”.