Putin və Tokayev Aktau yaxınlığındakı təyyarə qəzasını müzakirə ediblər

Rusiya tərəfinin təşəbbüsü ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

AZƏRTAC-ın Akordanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dövlət başçıları Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində Qazaxıstan və Rusiya vətəndaşlarının faciəli ölümü ilə əlaqədar başsağlığı veriblər və yaralananların tezliklə sağalmasını arzulayıblar.

Liderlər təyyarə qəzasının səbəblərinin araşdırılması istiqamətində tərəflərin həyata keçirdiyi işləri müzakirə ediblər. Kasım-Jomart Tokayev yaradılmış Qazaxıstan Respublikasının Hökumət Komissiyasının Azərbaycan, Rusiya və Braziliya mütəxəssislərinin cəlb edilməsi ilə araşdırmanı davam etdirdiyini qeyd edib.

Prezidentlər aparılan istintaq tədbirləri çərçivəsində hərtərəfli və şəffaf araşdırmanın təmin edilməsinin vacibliyini vurğulayıblar.

ƏvvəlkiPrezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub
NövbətiVladimir Putin İlham Əliyevə zəng edib