“PSJ” Dibala üçün 60 milyon avro ödəməyə hazırdır

“PSJ” “Yuventus” un hücumçusu Paulo Dibalanı almaqda maraqlıdır. “Report”un məlumatına görə, bu barədə Canal + xəbər verib. Paris klubu 25 yaşlı argentinalı üçün 60 milyon avro ödəməyə hazırdır.

Xatırladaq ki, Dibala “Mançester Yunayted” ə keçməyə yaxın idi, lakin ingilis klubunun rəhbərliyi yüksək maliyyə gözləntiləri səbəbindən hücumçunu almayıb.

Bu transfer baş tutmadıqdan sonra Paulo “Yuventus” da tibbi müayinədən keçdi.

Ötən mövsüm 25 yaşlı Dibala turnirlərdə Turin klubunun heyətində 42 oyun keçirib. Argentinalı futbolçunun hesabında 10 qol və 5 məhsuldar ötürmə var. Hücumçunun klubla müqaviləsi 30 iyun 2022-ci ilə qədər qüvvədədir.

ƏvvəlkiCəbrayıl rayon Məcburi Köçkün Qəsəbələrində “Məişət zorakılığına qarşı məcburi köçkün qəsəbələrində tədbirlərin təşkili” layihəsinə start verildi
NövbətiSabirabadda minik avtomobili aşıb, sürücü yaralanıb