Prezidentin ev ilə mükafatlandırdığı məmurun özbaşınalığı

Hər birimizə məlumdur ki, ölkəmizdə bütün vəzifələrə məmurları təyin edən yalnız ölkə rəhbəri İlham Əliyevdir və düşünürəm ki, bu məsələ bir başa Prezident İlham Əliyevin  öz marağında  olmalıdır.  Qısa  müddət ərzində, Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynovun etdiyi bu özbaşınalığın qarşısı alınması üçün 13 dekabr 2018-ci ildə prezident onu  evlə  təmin edib. Ölkə rəhbərinin diqqət və qayğısına baxmayaraq  Elşən Hüseynov oğlu üçün sadə camaatı  alçaldıcı üsullardan istifadə edərək öz vəzifəsində hələ də qalır.

AzTimes.az xəbər verir ki, Bakı şəhər sakini Novruzova Rəna 2 aprel 2019-cu il tarixində Ayna Soltanova ərazisində ” Karaca” dükanının yaxınlığında dayanacaqda avtobus gözləyərkən Honda markalı 90UX255 dövlət nömrə nişanlı avtomabil tərəfindən vurulmuşdur. Zərbənin təsirindən qadın bir metr sürüklənmiş, və özünü itirmişdir. Bu zaman avtomabilin sürücüsü nəinki, zərərçəkmişə yardım etmiş, əksinə , avtomabili sürərək təcili surətdə hadisə yerindən uzaqlaşmışdır. Əraziyə toplaşan kütlənin köməyi ilə özünə gələn Rəna Növruzova dərhal 102 xidmətinə müraciət etmiş, hadisə barədə məlumat vermişdir. Hadisədən iki gün sonra Natiqə Hüseynova Rəna Novruzova ilə telefon əlaqəsi saxlayaraq onunla görüşmək istədiklərini deyiblər. Həmin gün axşam radələrində Elşən Hüseynov, həyat yoldaşı Natiqə Hüseynova, Elşən bəyin anası və hadisənin səbəbkarı Murad Hüseynov Rəna Novruzovanın evinə gəlmiş, ona 100 azn məbləğində pul təklif etmişlər. Onlar bu məsələnin heç bir yerdə ictimailəşdirilməməsini, əks tədqirdə ziyan çəkənin Rəna xanım olacağını bildirmişlər. Rəna Novruzova pulu qəbul etməmiş, heç olmasa onun müayinə xərclərinin ödənilməsini xahiş etmişdir. Qarşı tərəfsə bunla razılaşmayaraq hara istəyir şikayət edin deyib oranı tərk etmişlər. Nəzərinizə çatdıraq ki, hadisə törətməkdə təqsirli bilinən Murad Hüseynovun atası Elşən Hüseynov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində Elm və təhsil şöbəsinin Tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri vəzifəsini icra edir. Gənc nəslin tərbiyəsinin etibar edildiyi şəxsin övladının belə hərəkət etməsi qəribə görünür. Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.

Rəşad Bakinskiy /AzTimes.az/