Prezidentdən Zakir Həsənovla bağlı – Sərəncam

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Türk.az xəbər verir ki, sərəncama əsasən, Müdafiə naziri Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar.