Prezident “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna dəyişiklikliyi imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

“Report” xəbər verir ki, bu, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışının və onların tütündən istifadə etməsi qadağasının konkretləşdirilməsi ilə bağlıdır.

Qanunun 13-cü (Yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışının və onların tütündən istifadə etməsinin qadağan olunması) maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı və ya satış məqsədi olmadan verilməsi, habelə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır.

Dəyişikliklə isə daha konkret – yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağan edilib.

ƏvvəlkiPrezident İlham Əliyev şair Mikayıl Müşfiqlə bağlı məsələni şəxsi nəzarətinə götürüb
NövbətiKim Çen In tezliklə Cənubi Koreyaya səfər edəcək