“Prezident məhz bu keyfiyyətləri nəzərə alıb onu çökməkdə olan sistemin başına gətirdi”

Tanınmış iqtisadçı alim, professor, keçmiş maliyyə naziri Fikrət Yusifov Moderator.az-a açıqlamasında bəzi mətbu orqanlarda “Azərbaycan Dəmir Yolları” QSC haqqında tirajlanan sifarişli və təhrif olunmuş rəqəmlərdən ibarət məqalələrə etirazını bildirib:
“Azərbaycanda dəmir yolu nəqliyyatının bu günkü durumunu dəyərləndirərkən öncə bir qədər əvvələ gedib, müstəqilliyimizin ilk illərindən 2015-ci ilin fevral ayına qədər “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin keçdiyi yola nəzər salmaq lazımdır. Çox təəssüf ki, 2015-ci ilin əvvəllərinə qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin başında dayanan rəhbərlər müstəqil dövlətin dəmir yolu nəqliyyatının inkişafı istiqamətində demək olar ki, heç nə etmədilər. Onların fəaliyyətinin əsasını Sovetlər dönəmindən dəmir yol sistemində qalan nə varsa onu söküb satmaq və talan etmək oldu. Hələ 1995-ci ildə Respublikanın Dəmir yolları sistemində aprılan yoxlamalarla milyard manatlarla yeyinti, mənimsəmə halları aşkara çıxarıldı və Dəmir Yolları İdarəsinə başçılıq edən rəhbər vəzifəsindən kənarlaşdırıldı. Bundan sonra dəmir yolları sisteminə rəhbərlik edənlər də bu yaramaz ənənəni davam etdirərək, dəmir yolları sistemində olub-qalanı da sıradan çıxardıb satdılar və bütövlükdə ölkənin dəmir yolu nəqliyyatını iflic halına saldılar. Vəziyyətin belə davam etməsi mümkün deyildi. Elə bu səbəbdən də ölkə Prezidenti 2015-ci ilin fevral ayında  Azərbaycan Dəmir Yolları QSC-nin rəhbərliyinə yeni nəfəs gətirdi. Cavid Qurbanovu yaxından tanıyanlar onun bacarıqlı bir təşkilatçı, həmişə novatorluq ideyaları olan və quruculuq işlərində böyük səriştə sahibi olduğunu yaxşı bilirlər. Prezident də məhz bu keyfiyyətləri nəzərə alıb C. Qurbanovu çökməkdə olan dəmir yolu sisteminin başına gətirdi. C.Qurbanov dörd ildən bir qədər artıq bir vaxtda ölkənin dəmir yolları sisteminin yenidən qurulması və onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi işlərə müəlliflik etdi və iri meqalayihələrin reallaşdırılmasına nail oldu.
Bu gün dünyada dəmir yollarında fəaliyyətin rəqəmsallaşdırılması istiqamətində ciddi işlərin getdiyi bir dönəmndə yalnız bu səviyyədə yenidənqurma və novotorluq səyləri ilə gedən prosseslərlə ayaqlaşmaq mümkün olardı.
Çox təəssüf ki, cəmiyyətimizdə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinin yardıcı fəaliyyəti bəzən birmənalı qarşılanmır və müəyyən adamlar görülən bu işləri qısqanclıqla qarşılayıb, onlara kölgə salmağa çalışırlar. Sual olunur: dağıdılmış bir sistemin yenidən, müasir tələblər səviyyəsində qurulmasından artıq nə ola bilər? Bəs nə üçün bu qədər uğurlar bəzi adamlarda qıcıq yaradır? Heç şübhəsiz bu adamlar vaxtıilə dəmir yolu sistemində hər şeyi söküb satan və fəaliyyətinin mahiyyətini yalnız bunda görənlər və onların yaxınlarıdır. Bu adamlar bir qədər öncə Azərbaycan Dəmir Yolları QSC-nin aldığı vaqonların qiymətini də fantastik səviyyədə şişirtmişdilər. Peşəkar mütəxəsis araşdırmasından sonra bəlli oldu ki, bu populist çıxışların heç bir əsası yoxdur – Azərbaycan Dəmir Yolları QSC-nin aldığı vaqonların qiyməti tam normal qiymətlərdi.
İndi də yeni bir mövzu çıxarıblar gündəmə – “Azərbaycan Dəmir Yolları” QSC 2017-ci il fəaliyyətini ziyanla başa vurub. Ziyan sözünü eşidən populistlər isə bunu böyük hay-küylə qarşılamağa başlayıblar. Belələrinin diqqətinə çatdırıram ki, dünyanın bütün ölkələrində dəmir yolları sistemi bu və ya digər şəkildə dövlət dəstəyi alır. Bu Amerika Birləşmiş Ştatlarında da, Almaniyada da, Çində də, Rusiyada da belədir. Dövlətlər yeni, müasir dəmir yolarının çəkilməsinə on milyardlarla vəsait xərcləyir, dəmir yolları ilə daşına yüklərin tariflərinin aşağı olması səbəbindən dəmir yolu ilə daşımalara üzrə milyardlarla subsidiyalar ayırır.
Düşünürəm bütün bu dediklərimizin sübutu üçün Çinin dəmir yolu sistemində dövlət tərəfindən aparılan işlərə qısa bir nəzər salmaq yetərli olar. Çində 2017-ci ildən reallaşdırılmağa başlamış dövlət proqramı çərçivəsində ölkənin dəmir yolları şəbəkəsinin əsaslı şəkildə genişləndirilməsini nəzərdə tutan 35 yeni layihənin reallaşdırılmasına start verildi. Bu tikintilərə ölkədə 2100 km yen dəmir yolları xətlərinin, 2500 km iki tərəfli xətlərin və 4000 km elektrikləşdirilmiş dəmir yolu xətlərinin çəklişi ilə start verilib. Bu planı reallaşdırmaq üçün Çinin Dəmir yollarına büdcədən 800 milyard yuan vəsait ayrıldı. Bütövlükdə layihənin reallaşdırılmasına dövlət xəzinədən 3,5 trliyon yuan xərcləməyi proqnozlaşdırır. Bu minvalla Çin 2020-ci ilə yüksəksürətli dəmir yollarını əlavə olaraq 30 000 km artırmaq niyyətindədir ki, bu da Çinin 80%-ə qədər iri şəhərlərini yüksəksürətli dəmir yolları vasitəsilə birləşdirmək deməkdir.
Ona görə “Azərbaycan Dəmir Yolları” QSC-nə dövlət dəstəyi söhbətləri heç kimi qıcıqlandırmasın. Bütün zamanlarda dünyanın bütün ölkələrində nəqliyyatın bu növünə dövlət dəstəyi olub və olacaqdır. Bizimlə bir məkanda olmuş Rusiyada “Rusiya Dəmir Yolları”-na 2016-cı ildə təkcə yük daşımalarındakı tariflərin aşağı olması səbəbində dəyən zərəri ödəmək üçün büdcədən 95 milyard rubla qədər subsidiya verilib”.
 
Moderator.az-ın qeydi:
Qaşınmayan yerdən qan çıxarmaq hər zaman qələm əhlinin vaz keçə bilmədiyi şakəri olub. Amma haqqı nahaqqa vermək, qarayaxmaq, rəqəmləri təhrif etməklə kimlərəsə nökrəçilik etmək namərdlikdir və həmkarlarımızın Qurban Bayramı günündə bu mərəzdən xilas olmasını Aləmlərin Rəbbindən təmənna edirik. Allah bütün xəstələrə şəfa versin.
Yeri gəlmişkən, dünyanın ən öndə gedən ölkələrindən birində – Almaniyada dəmiryol nəqliyyatına qoyulan yatırım və xərclərlə bağlı kiçik bir yazını da oxuculara təqdim edirik: