Prezident İlham Əliyev Misirə işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Şarm əl-Şeyx şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Misirin gənclər və idman naziri Əşrəf Subhi və digər rəsmi şəxslər qarşıladılar.

ƏvvəlkiBakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası işə başlayıb
NövbətiMisir 2026-cı ildən Beynəlxalq Standartlaşdırma Təşkilatına sədrlik edəcək