Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya işgüzar səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Tirana şəhərinin Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Albaniya Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku və digər rəsmi şəxslər qarşıladılar.

ƏvvəlkiAntalyada Türkiyə, ABŞ və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib
NövbətiRubio və Netanyahu Suriya məsələsini müzakirə ediblər