Prezident İlham Əliyev Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və Milorad Paviçin abidələrini ziyarət edib

Serbiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də paytaxt Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı abidələrin önünə əklil qoydu.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin Taşmaydan parkında ucaldılmış abidəsinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2011-ci ildə olub.

Dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin abidəsinin paytaxt Belqradın Taşmaydan parkında ucaldılması ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 58 yoluxma faktı qeydə alınıb
NövbətiBMT TŞ-nin Ukrayna üzrə təcili iclası keçiriləcək