Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Report” xəbər verir ki, görüşdə dövlət başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bir daha çatdıraraq münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri haqqında fikir mübadiləsi aparılıb.

ƏvvəlkiƏrdoğan ABŞ Nümayəndələr Palatasının “erməni soyqırımı” ilə bağlı qərarına münasibət bildirib
NövbətiFaiq Qarayevin idmanın inkişafındakı xidmətlərinə görə təltif edilib