Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımdakı fotonun üzərində ümummilli lider Heydər Əliyevin bu sözləri yer alıb: “Azərbaycan mənim ürəyimdir! Azərbaycan mənim nəfəsimdir! Azərbaycan mənim həyatımdır!”.