Prezident İlham Əliyev Tovuzda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinə 5 milyon manat ayırıb

Prezident İlham Əliyev dekabrın 26-da “Tovuz rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Tovuz rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5 milyon manatı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.

ƏvvəlkiAtəşkəs rejimi 26 dəfə pozulub
NövbətiPrezident FHN-in idman-sağlamlıq klubunun açılışında iştirak edib