Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edir

Daha sonra dövlət başçısı və xanımı İçərişəhərə gələrək burada “Bahar qalası” festivalı ilə tanış olublar.

“Report” xəbər verir ki, Bahar qız dövlət başçısına bayram xonçası təqdim edib.

Ulu Dədə Qorqud xeyir-dua verərək Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.

Novruz bayramının əsas personajları olan Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlət başçısı ilə yumurta döyüşdürüblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bahar qalası” festivalı çərçivəsində yarmarka ilə tanış olublar.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları göstərdiyi diqqət və qayğıya görə Prezidentə təşəkkür ediblər.

Azərbaycan Prezidenti və xanımı Müasir İncəsənət Mərkəzində olublar.

Bayram şənliyi davam edir.