Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 Sentyabr – Anım Günü ilə əlaqədar paylaşım edib.

AZƏRTAC xəbər verir ki, Ali Baş Komandan Azərbaycan Ordusunun hərbi qulluqçularının əks olunduğu fotonu rəsmi feysbuk və instaqram hesablarında paylaşıb.