Praqada hökumət əleyhinə mitinq keçirilib

Çexiyanın Praqa şəhərinin mərkəzindəki Vatslav meydanında hökumət əleyhinə mitinq keçirilib.

Trend-in məlumatına görə, bu barədə ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər.

Məlumata əsasən, bir neçə yüz iştirakçı cəlb olunub ki, bu da təşkilatçıların elan etdiyi 50 minə yaxın fəaldan fərqlidir.

Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirərək, xüsusən də mövcud hökumətin istefasını tələb ediblər. Onlar effektiv iqtisadi siyasətin və Ukraynaya fəal dəstəyin olmamasında hoküməti günahlandırıblar.

Etirazçılar Avropa İttifaqı və NATO-nu tənqid edib, Ukraynada tezliklə sülhün əldə olunmasının tərəfdarı olduqlarını bildiriblər və hərbi münaqişənin genişlənməsindən öz narahatlıqlarını bildiriblər.

ƏvvəlkiAzərbaycanlı tələbə Beynəlxalq Mendeleyev Olimpiadasında bürünc medal qazanıb
NövbətiXİN Katrin Kolonanın Azərbaycana qarşı səsləndirdiyi fikirlərə cavab verib