Portuqaliyanın paytaxtı Lissabonda funikulyor vaqonu relsdən çıxıb.
AZƏRTAC Portuqaliya mediasına istinadla xəbər verir ki, hadisə nəticəsində iyirmiyədək sərnişin xəsarət alıb, 3 nəfər həlak olub.
Yanğınsöndürmə xidməti ölü sayının artacağını istisna etmir. Bildirilir ki, qəza nəticəsində vaqon tam yararsız hala düşüb.