Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar

Avropa İttifaqı (Aİ) ölkələrinin, o cümlədən Polşanın vətəndaşları İsrail və İran arasında müharibənin başlamasından sonra regiondan təxliyədə göstərdiyi köməyə görə Azərbaycana minnətdardırlar.

Bunu “Report”un Avropa bürosuna Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

“Əminəm ki, vətəndaşlarımız və bütövlükdə Aİ ölkələri İsrail və İran arasında eskalasiya və hərbi əməliyyatların başlanmasından sonra bölgədən təxliyə üçün göstərilən köməyə görə minnətdardırlar”, – o deyib.

Əvvəlkiİsrail İranla müharibənin itkiləri və ziyanı barədə məlumatı açıqlayıb
NövbətiQvadelup adasına həsr olunmuş konfransın yekun bəyanatı qəbul edilib