PKK-ya qarşı əməliyyat: 2 terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələrinin sərhəddəki birləşmələrinə hücuma hazırlaşan PKK üzvləri zərərsizləşdirilib.

Türk.az xəbər verir ki, terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat Mardin şəhərinin Nusaybin mahalı ərazisində keçirilib.

Əməliyyat nəticəsində 2 terrorçu öldürülüb.