Pezeşkian: Ali rəhbərə qarşı sui-qəsd cəhdi tammiqyaslı müharibə elan edilməsinə bərabərdir

Ölkəmizin ali rəhbərinə qarşı sui-qəsd cəhdi İran xalqına qarşı tammiqyaslı müharibə elan edilməsinə bərabərdir.

“Report”un məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian özünün “X” hesabında yazıb.

Onun sözlərinə görə, əgər İran xalqı çətin vəziyyətlərlə üzləşirsə, bunun əsas səbəblərindən biri ABŞ hökumətinin və müttəfiqlərinin uzun müddətdir davam edən düşmənçiliyi və qeyri-insani sanksiyalarıdır.

ƏvvəlkiSuriyada atəşkəs əldə olunub, hökumət neft yataqlarına nəzarət edəcək
NövbətiABŞ NATO-da qalacaq