Peyvənd olunanların sayı açıqlanıb

Mayın 31-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 407 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 180, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 227 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 253 min 216-ya bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 352 min 958, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 900 min 258 nəfərdir.