Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı yanvarın 5-nə olan cədvələ uyğun yayımlanıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, proqramda dərzi, avtomatika üzrə usta, xalçaçılıq, peşə etikası, estetika və mədəni özünüifadə, avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü, hesablama əməliyyatları, ana dilində ünsiyyət ixtisasları üzrə dərslər təqdim olunub.

Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, “Facebook” (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.