Paytaxtın Xəzər rayonunda birmərtəbəli ev yanıb

Paytaxtın Xəzər rayonunda ümumi sahəsi 80 kvadratmetr olan dördotaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində birmərtəbəli evin içərisindəki əşyalar yanaraq yararsız vəziyyətə düşüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.