Paytaxtda tullantılar yığılmış sahədə baş verən yanğın söndürülüb

Xəbər verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsində tullantılar yığılmış sahədə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində təkər və məişət tullantıları yığılmış ərazidə baş vermiş yanğın hava şəraitinin küləkli və yayılma riskinin yüksək olmasına baxmayaraq, genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 300 kvadratmetr sahədə təkər və məişət tullantıları yanıb.

Yaxınlıqda yerləşən avtomobil təmiri sexi və fərdi yaşayış evi yanğından mühafizə olunub.

ƏvvəlkiZığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
NövbətiPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərədə Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər