Paşinyan Ərdoğanla telefon danışığının dolğun keçdiyini bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığının dolğun keçdiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə hökumət başçısı ölkənin İctimai telekanalına müsahibəsində deyib.

“Sadəcə deyə bilərəm ki, danışıq çox dolğun və vacib olub. Qarşılıqlı anlayış var ki, hər zaman müəyyən nüanslar üzərində ünsiyyət olmalıdır”, – siyasətçi vurğulayıb.

ƏvvəlkiRavvin Ermənistandakı yəhudilərə müraciət etdi: Təhlükəsizliyiniz üçün Azərbaycana gedin!
NövbətiDövlət Departamenti ABŞ-nin Ermənistanla hərbi təlimlərini şərh edib