Pakistanın Hərbi Dəniz Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir

Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin Hərbi Akademiyasının qərargah kursunda təhsil alan Pakistan,  Banqladeş, Səudiyyə Ərəbistanı və Malayziya HDQ-nin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Tanışlıq səfəri çərçivəsində kontr-admiral Muştaq Ahmedin başçılıq etdiyi heyət Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazası və Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib, eləcə də aidiyyəti dövlət qurumları və təhsil müəssisələrində görüşlər keçiriblər.